“Tata Steel Masters”: Aniş Giri liderliyini qoruyur
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Masters" şahmat festivalında bir günlük fasilədən sonra 11-ci turun qarşılaşmaları oynanılıb.

Turun mərkəzi görüşü turnir cədvəlinin lideri niderlandlı Aniş Giri ilə norveçli dünya çempionu Maqnus Karlsen arasında keçirilib. Qarşılaşmada qeydə alınan heç-heçə Aniş Giriyə zirvədə qalmaq üçün kifayət edib. Çünki onu izləyən şahmatçılardan heç biri cari turda qələbə qazana bilməyib. Rusiyalı Andrey Yesipenkonun norveçli Aryan Tariyə məğlub olması, lideri izləyən daha iki şahmatçı – FIDE bayrağı altında çıxış edən Alireza Firuzca ilə amerikalı Fabiano Karuananın qarşılaşmasında qalibin müəyyənləşməməsi Aniş Girinin liderliyini qoruması üçün imkan yaradıb.

Xəbər 371 dəfə oxundu.