"Zirə" klubu braziliyalı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu yeni futbolçu transfer edib.

Qəsəbə təmsilçisi Filipe Pahtmanla "6 ay+3 il" şərtiylə müqavilə imzalayıb.

Ukraynanın "Lvov" klubuna məxsus gənc braziliyalı hücumçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonunadək icarəyə götürülüb.

İyirmi yaşlı legioner transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Filipe peşəkar karyerasına "Lvov" klubunda başlayıb.

Xəbər 322 dəfə oxundu.