Türkiyə Superliqası: "Qalatasaray" və "Beşiktaş" XXI turda qələbə qazanıb
Yanvarın 29-da futbol üzrə Türkiyə çempionatının XXII turunun birinci günündə keçirilən qarşılaşmada "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 51-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Henri Onyekuru açıb. H.Onyekuru matçın 71-ci dəqiqəsində komandasının və özünün ikinci qoluna imza atıb. Meydan sahibləri isə vurulan qollardan birinin əvəzini çıxa bilib. Aleksandru Maksim 90+8-ci dəqiqədə qapını dəqiq nişan alıb.

Günün digər - "Yeni Malatyaspor" - "Fatih Karagümrük" matçında isə qapılara qol vurulmayıb - 0:0.

XXII turun digər oyunları yanvarın 30 və 31-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 44 xalla "Beşiktaş" başçılıq edir. İkinci pillədə 42 xal toplayan "Qalatasaray", üçüncü pillədə isə onunla eyni xala malik olan "Fənərbağça" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXII turda "Konyaspor" istirahət edir.

Xəbər 341 dəfə oxundu.