Kipr klubları “Neftçi”nin futbolçusu ilə maraqlanır
“Neftçi”nin əsas oyunçularından olan Mamadu Kaneyə xarici klublardan təkliflər gəlməkdə davam edir.

Artıq yarımmüdafiəçiyə Kipr klubları da maraq göstərir. Adıçəkilən ölkənin iki klubu AEK və “Nea Salamina” qvineyalı oyunçunu heyətində görmək istəyir. Ancaq klublar transferin həyata keçirilməsi üçün mövsümün sonunu gözləyirlər. Çünki Kanenin “Neftçi” ilə müqaviləsi məhz həmin vaxt başa çatacaq.

Xəbər 331 dəfə oxundu.