Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Millimiz yanvarın 29-da Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında keçirilən oyunda Azərbaycan millisi 4:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində Bolinha, Qalo, Xətai Bağırov və İsa Atayev fərqləniblər.

Yığmamız növbəti oyununu fevralın 2-də Afinada Yunanıstan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci dueli olub. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.

Xəbər 331 dəfə oxundu.