“Qalatasaray” legionerini icarəyə göndərib
İstanbulun “Qalatasaray” futbol klubu legionerini icarəyə verib.

İstanbul təmsilçisinin Türkiyə Futbol Federasiyasına göndərilən məktubunda Jesse Sekidikanın bundan sonra “Konyaspor”un şərəfini qoruyacağı qeyd olunub.

Futbolçu cari mövsümün sonunadək - mayın 31-dək konyalıların uğurları üçün tər tökəcək. Qarşı tərəf bunun üçün “Qalatasaray”a pul ödəməyib. Sadəcə, futbolçunun aylıq maaşı veriləcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu cari il Super Liqada “sarı-qırmızı” formada 6 oyunda 1 dəfə fərqlənib.

Xəbər 331 dəfə oxundu.