Ronaldo ən populyar futbolçu seçilib
“Mailman Group” beynəlxalq idman rəqəmsal agentliyi ən populyar futbolçuları, klubları və liqaları müəyyənləşdirən sorğu keçirib.

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo ən populyar oyunçu seçilib. İkinci yerdə PSJ-nin hücumçusu Neymar gəlir. Üçlüyü "Barselona"nın hücumçusu Lionel Messi qapayıb.

Ən populyar klublar arasında isə “Barselona”, “Real Madrid”, “Çelsi” qərarlaşıblar.

İngiltərə Premyer Liqası, İspaniya çempionatı və Bundesliqa isə ən populyar liqalar seçiliblər.

Xəbər 336 dəfə oxundu.