Yeniyetmələr arasında onlayn şahmat turniri keçiriləcək
Fevralın 1-də onlayn şahmat turniri keçiriləcək.

Yeniyetmələr arasında təşkil ediləcək yarışda paytaxtın idman klubları, şahmat məktəbləri və müxtəlif təşkilatlardan idmançılar iştirak edəcəklər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr ediləcək.

Turnirdə ilk 3 yerin sahibi və 10-12 yaş qruplarında fərqlənən şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələrlə makafatlandırılacaqlar.

Xəbər 382 dəfə oxundu.