“Neftçi” Avstriya klubunun hücumçusu ilə danışıqlar aparır
Bakının “Neftçi” klubunun danışıqlar apardığı növbəti hücumçunun kimliyi bəlli olub. Bakı təmsilçisinin maraq dairəsinə düşən forvard Brayt Edomvonimdir.

Baş məşqçi Samir Abbasovun israrı ilə afrikalı legionerə 6 ay+1 illik müqavilə təklif olunub. Əgər maliyyə şərtləri uyğun olsa futbolçunun icarə variantı da mümkündür.

Nigeriyalı futbolçu müqavilə ilə Vyananın “Austriya” klubuna məxsusdur. O, “Rok Football Academy”nin yetirməsidir. 2017-2018-ci illərdə Türkiyədə “Çaykur Rizəspor”un da formasını geyinən hücumçu, həmçinin “Zalsburq”, “Liferinq”, “Vaker İnnsbruk”, “TSV Hartberq” və “Şturm Qrats”da da çıxış edib.

Xəbər 344 dəfə oxundu.