Voleybol millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tam təqvimi bəlli olub
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tam təqvimi bəlli olub.

Yığmamızın yer aldığı “F” qrupunda ikinci dövrənin oyunlarının vaxtı açıqlanıb. Komandalar Monteneqroda qüvvələrini sınayacaqlar.

Millimiz mayın 14-də Monteneqro, ertəsi gün Gürcüstan, sonuncu turda Yunanıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstanda keçiriləcək ilk dövrənin oyunlarında isə millimiz mayın 7-də Monteneqro, ertəsi gün meydan sahibləri, ayın 9-da isə Yunanıstan yığması ilə üz-üzə gələcək.

Xəbər 423 dəfə oxundu.