“Avro-2023”: Azərbaycanın U-21 millisinin rəqibləri məlum olub
Yanvarın 28-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda “A” qrupda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya komandaları ilə mübarizə aparacaq.

Xəbər 343 dəfə oxundu.