Futbolçumuzun çıxış etdiyi “Albasete” klubu Sequndada növbəti qələbəsini qazanıb
İspaniya İkinci Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilir.

Futbolçumuz Eddi İsrafilovun çıxış etdiyi “Albasete” komandası səfərdə “Alkorkon”a 2:1 hesabı ilə qalib gəlib.

E.İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 30-cu dəqiqədə komandasının ilk qolunu vurub.

“Albasete” Sequndanın turnir cədvəlində 21 xalla 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər 414 dəfə oxundu.