“Keşlə”nin futbolçusu 1 oyunluq cəzalandırılıb | |
Yanvarın 27-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda 4 klubla bağlı məsələyə baxılıb. Azərbaycan Premyer Liqasında XIV turun “Zirə” – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmayıb. Bu səbəbdən, meydan sahibi klub 800 manat cərimələnib. Bundan başqa klublar hərəyə 4 futbolçusunun sarı vərəqə almaları səbəbindən 800 manat cərimələniblər. Eyni cəzaya “Səbail”lə səfər oyununda 5 futbolçusunun sarı vərəqə alması üzündən “Neftçi” məruz qalıb. “Sumqayıt”la ev oyununun 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə Mustafayev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. |
|
Xəbər 292 dəfə oxundu. |
|
|