“Fiorentina” klubu rusiyalı futbolçunun keçidini həll edib
İtaliyanın “Fiorentina” klubu rusiyalı futbolçu Aleksandr Kokorinin keçidini həll edib.

30 yaşlı hücumçu ilə müqavilə imzalanıb.

İtaliya mətbuatı Kokorinin 3,5 illik sözləşməyə imza atdığını yazıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Florensiya təmsilçisi bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, A.Kokorinin son klubu Moskva “Spartak”ı olub.

Xəbər 288 dəfə oxundu.