“Tata Steel Masters”: İki gənc şahmatçı sülhə razılaşıb
Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir.

Bir günlük fasilədən sonra Niderlandda mötəbər turnirin 9-cu turunun oyunları keçirilib. Yarışın mərkəzi oyunu vahid lider Alireza Firuzca ilə ötən tur Maqnus Karlseni məğlub edən gənc rusiyalı şahmatçı Andrey Yesipenko arasında keçirilib. İki gənc şahmatçı riskə getməyərək 41-ci gedişdə heç-heçəyə razılaşıblar. Firuzcanın xal itkisindən amerikalı Fabiano Karuana və meydan sahibi Aniş Giri maksimum yararlanmağı bacarıblar. F.Karuana qara fiqurlarla polşalı Radoslav Voytaşeki, Aniş Giri isə turnirin autsayderi fransalı Maksim Vaşye-Laqravı məğlub ediblər. Ötən turların yekun nəticələrinə görə, turnir cədvəlinə A.Firuzca, F.Karuana və A.Giri başçılıq edirlər.

Xəbər 379 dəfə oxundu.