Luis Hamilton və “Mercedes” arasında bu yaxınlarda yeni müqavilə imzalana bilər
Yeddiqat dünya çempionu Luis Hamilton ilə “Mercedes” arasında bu həftənin sonunadək yeni müqavilə imzalana bilər.

Bu barədə xarici KİV-lərdə məlumat verilib.

Qeyd edilib ki, müqavilə ilə bağlı məsələ yaxın günlərdə həll ediləcək. Müzakirələrin uğursuz olma ehtimalı çox aşağıdır. Çünki hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

L.Hamilton səkkizqat Formula 1 dünya çempionu olmaq istəyir.

Mövsümün ilk yarış həftəsonu - Bəhreyn Qran-Prisinin başlamasına iki ay qalıb və mövcud dünya çempionunun hələ də komanda ilə anlaşması yoxdur.

2008-ci ildə “Maklaren”lə çempionatın qalibi olan Hamilton 2013-cü ildə “Mercedes”ə keçdikdən sonra bu komanda ilə daha 6 dəfə çempionluq sevinci yaşayıb.

Xəbər 396 dəfə oxundu.