“Xəzər Lənkəran” yenə “Lex”lə bacarmadı
Bu gün “Xəzər Lənkəran” Avroliqada tanış rəqiblə üzləşıb. İdman.com.az saytının məlumatına görə, cənub klubu 2008-ci ildə onu UEFA kubokunda mübarizədən hər 2 oyunda qalib gəlməklə kənarlaşdıran “Lex”lə 3-cü duelə çıxıb. Ancaq bu dəfə komandalar Bakıda Tofiq Bəhramov adına Respublika stadionda yox, Lənkərandakı mərkəzi arenada üz-üzə gəlib.

Ardıdıl 3-cü oyunda da qol vuran Branimir Subaşiç erkən qolla hesabı açıb. Lakin erkən qol qonaqların müqavimətini qırmayıb. Polşalılar az keçmiş hesabı bərabərləşdirməyə müvəffəq olublar. Bundan sonra komandaların səylərinə baxmayaraq qapılara qol vurulmayıb. Bununla da “Xəzər Lənkəran” ardıcıl 4-cü avrokubok matçından yenilgisiz ayrılıb. Matçın uzatma dəqiqələrində qonaqlar azlıqda qalsa da təmsilçimiz qısa vaxt kəsiyində say üstünlüyündən yararlana bilməyib.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyun
19 iyul

“Xəzər Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa) - 1:1
Qol: Branimir Subaşiç, 3 - Matevzs Mozdren, 18
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qırmızı vərəqə: Syomon Drevnyak, 90+1
Lənkəran. Şəhər mərkəzi stadionu

Xəbər 1033 dəfə oxundu.