“Səbail” klubu yeni transferə hazırlaşır
Bakının “Səbail” futbol klubu yeni transferə hazırlaşır.

Bakı təmsilçisi gənclərdən ibarət millimizin üzvü Timur Təməltaşla danışıqlar aparır. Hazırda Türkiyənin aşağı divizionunda çıxış edən “Eyupspor”un üzvü olan Temeltaşın transferi ilə paytaxt klubu yarımmüdafiənin mərkəzində olan boşluğu doldurmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl “Neftçi” də Təməltaşla maraqlanmış, ancaq futbolçunun transferi reallaşmamışdı.

Xəbər 382 dəfə oxundu.