Sinxron üzgüçülük üzrə Olimpiya seçmə turnirinin təxirə salınması planlaşdırılır
Martın 4-7-də Tokioda keçirilməsi nəzərdə tutulan sinxron üzgüçülük üzrə Olimpiya seçmə turnirinin təxirə salınması planlaşdırılır.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bu qərarın səbəblərindən biri də koronovirus infeksiyasına görə, Yaponiyada fövqəladə vəziyyətin fevralın 7-dək tətbiqi olub. Səlahiyyətli nümayəndələr bu müddətin daha bir ay uzadılmasını düşünürlər. Xüsusilə, bu tədbirlər çərçivəsində əvvəllər xarici idmançılar və xaricdən vətənlərinə qayıdan yapon idmançıları üçün tətbiq olunan güzəştlər ləğv edilib.

Məlumatda qeyd edilib ki, Beynəlxalq Üzgüçülük Federasiyası, “Tokio-2020” Təşkilat Komitəsi və Yaponiya Üzgüçülük Federasiyası seçmə yarışların aprel və ya mayadək təxirə salınması variantını müzakirə edir.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Xəbər 402 dəfə oxundu.