Azərbaycan millisinin rəqibinin yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda Draqan Stoykoviçə tapşırılıb.

Tərəflər arasında artıq razılıq əldə olunduğu və 55 yaşlı mütəxəssisin fevraldan yeni işinə başlayacağı bildirilib. Onun millidəki illik məvacibi isə 1 milyon avro olacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə “A” qrupunda mübarizə aparacaq. Yığmamız serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Xəbər 368 dəfə oxundu.