Türkiyə klubuna transfer qadağası qoyulub
Türkiyənin “Antalyaspor” futbol klubuna transfer qadağası qoyulub.

Transfer qadağasının qoyulmasına klubun sabiq futbolçuları Samir Nəsri, Danilo Souza Kampos, Saso Fornezzi və Qustavo Blanko Leşuka olan 4 milyon 500 min avroluq borc səbəb olub. Qadağa yalnız bu məbləğ tam ödənildikdən sonra aradan qaldırılacaq.

Qeyd edək ki, “Antalyaspor” bu mövsüm Super Liqada keçirdiyi 20 oyuna 26 xal toplayıb və turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Xəbər 383 dəfə oxundu.