Bizdən öncə Panama millisi ilə
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması daha 2 yoxlama oyununda rəqibini müəyyənləşdirib. İdman.com.az saytının məlumatına görə, rəqibimiz avqustun 15-də Panama yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Bu matç Portuqaliyanın Faro şəhərində keçiriləcək. Portuqaliyalılar noyabrın 14-də isə ölkəsinin Librevil şəhərində Qabon yığması ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız növbəti seçmə mərhələdə ilk səfər oyununu sentyabrın 11-də səfərdə Portuqaliya yığması ilə keçirəcək.

Xəbər 1164 dəfə oxundu.