UEFA Gənclər Liqası: “Qəbələ”nin mümkün rəqibləri müəyyənləşib | |
Yanvarın 27-də UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək. Azərbaycan çempionu “Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yu, ardınca Çeolmpionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək. “Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də baş tutacaq 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb. Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. “Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır. |
|
Xəbər 395 dəfə oxundu. |
|
|