Karate üzrə Avropa çempionatı Xorvatiyada keçiriləcək
Karate üzrə Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib.

Qitə çempionatı martın 19-dan 23-dək Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq.

Qeyd edək ki, yarışın əvvəlcə Göteborqda (İsveç) keçirilməsi planlaşdırılmışdı. Ancaq koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən İsveç turniri keçirməkdən imtina etmişdi.

Xəbər 492 dəfə oxundu.