Luis Felipe Skolari “Kruzeyro”dan gedib
Dünya futbolunun ən titullu baş məşqçilərindən, 2002-ci ildə Braziliya millisinə dünya çempionluğu qazandırmış Luis Felipe Skolari “Kruzeyro”dan gedib.

Ötən il bu vəzifəyə təyin edilmiş braziliyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, 72 yaşlı Skolari 2000-2001-ci il mövsümündə də bu komandaya rəhbərlik etmişdi. Daha sonra isə Braziliya millisinin sükanı arxasına keçərək karyerasının ən böyük nailiyyətini qazanmışdı.

Xəbər 340 dəfə oxundu.