“Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib
Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Pal Dardai təyin olunub.

Macarıstanlı mütəxəssislə 2022-ci ilin iyununadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Dardai 2015-2019-cu illərdə də “Herta”nı çalışdırıb.
Qeyd edək ki, “Herta” Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər 395 dəfə oxundu.