Azərbaycan Futzal Federasiyasının prezidenti millimizin üzvləri ilə görüşüb
Yanvarın 26-da AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Slovakiya və Yunanıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Z.Axundov komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Qeyd edək ki, yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək. Fevralın 2-də isə futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 386 dəfə oxundu.