Boksçularımızın da iştirak edəcəkləri dünya çempionatının vaxtı açıqlana bilər
Belqradda kişi boksçular arasında təşkil ediləcək dünya çempionatının vaxtı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyasında (AIBA) müzakirələr aparılıb.

Yarışın baş tutacağı dəqiq tarix bu yaxınlarda açıqlanacaq. Bununla yanaşı, AIBA-nın Direktorlar Şurası Polşada keçirilməsi nəzərdə tutulan gənclər arasında dünya çempionatının vaxtı və qadınlar arasında dünya çempionatına ev sahibliyi ilə bağlı məsələləri də müzakirə edib.

Qeyd edək ki, AIBA bundan əvvəl Rusiyada keçirilməsi planlaşdırılan komandalararası dünya kubokunun pandemiya səbəbindən 2022-ci ilə təxirə salınması ilə bağlı qərar qəbul edib.

Xəbər 557 dəfə oxundu.