“Qalatasaray” sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb
“Qalatasaray” klubu sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nigeriyalı futbolçunun “Monako”dan mövsümün sonunadək icarəyə götürüldüyü bildirilib.

“Qalatasaray” “Monako”ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4,35 milyon avro ödəməsi lazımdır.

Qeyd edək ki, “Qalatasaray” Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/2019-cu illər mövsümündə “Everton”dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də “Monako”dan icarəyə götürülüb. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 338 dəfə oxundu.