Kamerunlu legioner “Qarabağ”da baxışdadır
Türkiyədə təlim-məşq toplanışının ikinci mərhələsinə start verən “Qarabağ”ın düşərgəsinə daha 1 futbolçu qoşulub. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisi ön xətt oyunçusu olan Krist Mbondini baxışdan keçirir. Kamerunlu legioner İsveçrənin “Syon” klubundan gəlib.

Ölkəsinin gənclər millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında dünya çempionatında millisinin şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 sm boya malikdir. Mbondi haqqında yaxın günlərdə qərar veriləcək.

Xəbər 862 dəfə oxundu.