Səudiyyə Ərəbistanda fərqli şəhər trası hazırlanacaq
Səudiyyə Ərəbistanında keçiriləcək Formula 1 yarışı digər şəhər traslarından fərqlənə bilər.

Bu ölkənin avtoidman federasiyasının prezidenti şahzadə Xalid Bin Sultan Əl-Faysalın sözlərinə görə, Ciddə küçələrində keçiriləcək yarış sürətinə görə digər şəhər traslarından daha sürətli olacaq. Onun sözlərinə bəzi şəhər traslarında ötmələr üçün geniş manevrlər olmadığından yarış maraqsız keçir. Amma şahzadə bu layihəni 2024-cü ildə həyata keçirə biləcəklərini söyləyib.

Tarixdə ilk dəfə Formula 1-ə ev sahibliyi edəcək Səudiyyə Ərəbistanında Qran-Pri dekabrın 5-də keçiriləcək.

Xəbər 398 dəfə oxundu.