Sənan Qurbanov “Keşlə” klubuna baş məşqçi təyin olunub | |
Bakının “Keşlə” futbol klubunun baş məşqçi vəzifəsinə yeni təyinat gerçəkləşib. İdarə Heyətinin qərarına əsasən, kollektiv Sənan Qurbanova tapşırılıb. Qırx yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, S.Qurbanov 2018-2019-cu il mövsümündə və 2019-2020-ci il mövsümünün əvvəllərində “Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb. |
|
Xəbər 402 dəfə oxundu. |
|
|