Stroll Fetteldən qeyri-adi heç nə gözləmir
Formula 1 komandası “Aston Martin”in pilotu Lens Stroll Sebastyan Fettellə rəqabətdən çəkinmir.

Komandanın sahibi Lourens Strollun oğlu olan 22 yaşlı pilot atasının hesabına komandada qalmadığını söyləyib: “Heç vaxt komandada kiminsə yerini tutduğumu düşünməmişəm. Yalnız yüksək səviyyədə çıxış etməklə tənqidçiləri susdurmağı bacarıram. Fettelə gəlincə, Sebastyan çox təcrübəli pilotdur. Ancaq mən “Aston Martin”də ondan qeyri-adi heç nə gözləmirəm. Komandamız adını dəyişsə də, bizdən ani uğur gözləməyin!”

Xəbər 401 dəfə oxundu.