“Neftçi”nin sabiq hücumçusu Əlcəzair klubu ilə anlaşıb
Bakının “Neftçi” klubundan ayrılan futbolçu Prins İbaranın yeni klubu müəyyənləşib.

Müqavilə ilə Belçikanın “Berşot” komandasına məxsus konqolu hücumçu Əlcəzairin “Muludia” klubuna icarəyə veriləcək. O, “Berşot”un baş məşqçisi Uilyam Stillin planlarına daxil olmadığı üçün bacarığını başqa ölkədə göstərmək niyyətindədir.

Qeyd edək ki, P.İbara mövsümün ilk yarısını “Neftçi”də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub.

Xəbər 404 dəfə oxundu.