Milliyə daha bir futzalçı dəvət olunub
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

“Neftçi”nin üzvü Cavad Məmmədov ilk dəfə millinin hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan-Slovakiya oyunu yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək.

Xəbər 377 dəfə oxundu.