"Nyuport Kaunti"nin qapıçısı "Ginnesin Rekordlar Kitabı"na düşüb
İngiltərənin 2-ci liqasında çıxış edən Uelsin "Nyuport Kaunti" futbol klubunun oyunçusu Tom Kinq yeni rekord müəyyənləşdirib.

26 yaşlı qapıçı "Çeltnem Taun"la matçda (1:1) fərqlənərək, ən uzaq məsafədən vurulan qolun müəllifi kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

96,01 metr məsafədən topu rəqib qapısından keçirən ingiltərəli qolkiper "Qarabağ"ın sabiq üzvü, hazırda "Bornmut"da oynayan Asmir Beqoviçin göstəricisini (91,9) yaxşılaşdırıb.

Qeyd edək ki, A.Beqoviç 2019/2020-ci il mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Xəbər 383 dəfə oxundu.