"Mançester Siti"nin hücumçusu Serxio Aquero koronavirusa yoluxub
"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.

Bu barədə 32 yaşlı futbolçu şəxsi "Twitter" hesabında məlumat verib. COVID-19 testinin nəticəsi pozitiv çıxan argentinalı dərhal karantinə alınıb.

Qeyd edək ki, Serxio Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olub.

Xəbər 385 dəfə oxundu.