“Arsenal” klubu heyətini yeni oyunçu ilə gücləndirib
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

London təmsilçisi “Brayton” komandasının qapıçısı Metyu Rayanı icarəyə götürüb. Avstraliyalı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda “Arsenal”ın əsas qapıçısı Almaniya millisinin də üzvü olan Bernd Lenodur.

Xəbər 387 dəfə oxundu.