Yusuf Yazıçı dekabr ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib
Futbol üzrə Fransa çempionatında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

İdman jurnalistləri və ictimaiyyəti arasında keçirilən sorğu nəticəsində bu nominasiyanın qalibi Türkiyə millisinin və Fransanın “Lill” klubunun hücumçusu Yusuf Yazıçı layiq görülüb. İyirmi dörd yaşlı futbolçu dekabrda 5 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Lill” komandası 42 xalla Fransa çempionatında “Paris Sen-Jermen” klubu ilə 1-2-ci yerləri bölüşür. Komanda 21-ci turda səfərdə “Renn” klubunun qonağı olacaq. “Paris Sen-Jermen” isə doğma azarkeşlər önündə “Monpelye” komandasını qəbul edəcək.

Xəbər 412 dəfə oxundu.