Azərbaycanlı hakim-inspektor futzal üzrə Avropa çempionatının seçmə mərhələsində iki oyuna təyinat alıb
Azərbaycanlı hakim-inspektor Elçin Səmədli futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.

O, futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsi çərçivəsində Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Rusiya - Ermənistan oyunu yanvarın 29-da, Serbiya - Bosniya və Herseqovina matçı isə fevralın 3-də də keçiriləcək.

Xəbər 396 dəfə oxundu.