Yunanıstan-Azərbaycan oyununu niderlandlı hakimlər idarə edəcəklər
Fevralın 2-də futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan–Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.

Görüşün birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.

Qeyd edək ki, matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 412 dəfə oxundu.