Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub
Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi - belaruslu mütəxəssis Olqa Barkalava təyin olunub.

O.Barkalava 22 ildir qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğuldur. O, son altı il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

O.Barkalava yeni vəzifəyə təyinatından sonra federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib: “Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram. Çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Xəbər 401 dəfə oxundu.