Robert Levandovski yeni rekorda imza atıb
“Bavariya”nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

32 yaşlı hücumçu Bundesliqanın birinci dövrəsində vurduğu qolların sayını 22-yə çatdırıb. Bu isə çempionat üçün rekord hesab edilir.

İndiyədək ən yüksək göstərici Herd Müllerə məxsus idi. O, 1968/1969-cu il mövsümünün birinci dövrəsində 20 qol vurub.

Xəbər 388 dəfə oxundu.