Burak Yılmaz “Lill”də dekabrın ən yaxşı futbolçusu seçilib
Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.

Bu, türkiyəli hücumçu Burak Yılmazdır. Otuz altı yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.

Qeyd edək ki, “Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.

Xəbər 399 dəfə oxundu.