“Neftçi” səfər matçında “Səbail”i məğlub edib
Yanvarın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Günün ilk matçında “Səbail” doğma meydanda “Neftçi”ni qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma 1:3 hesabı ilə yekunlaşıb.

Hesabı 28-ci dəqiqədə meydan sahiblərinin heyətində Əfran İsmayılov açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Sabir Buqrin hesabı bərabərləşdirib. Matçın 51-ci dəqiqəsində isə Emin Mahmudov “Neftçi”ni hesabda irəli çıxarıb. Matçın son dəqiqələrində isə S.Buqrin özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “Neftçi” klubu turnir cədvəlinin liderdir. “Səbail” isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hazırda “Sabah” – “Qarabağ” matçı davam edir. Tura “Keşlə” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Xəbər 407 dəfə oxundu.