UEFA və FIFA birgə bəyanatla çıxış ediblər
UEFA və FIFA birgə bəyanatla çıxış ediblər.

Adıçəkilən qurumlar Avropa Super Liqası turnirinin yaradılması ehtimalına sərt reaksiya bildiriblər.

Bəyanatda vurğulanıb ki, klublar tərəfindən təşkil edilməsi gündəmdə olan Avropa Super Liqasına qatılacaq komandalar və futbolçular həm UEFA-nın, həm də FIFA-nın nəzdində keçirilən bütün turnirlərdə iştirak hüququndan məhrum ediləcəklər.

Buna klub turnirləri ilə yanaşı, milli komandaların beynəlxalq oyunları da şamildir. FIFA məsələ ilə bağlı bütün federasiyalara xəbərdarlıq göndərib.

Xəbər 390 dəfə oxundu.