“Sabah“da daha bir legioner ayrılığı yaşana bilər
Yevgeni Koçuk və Ulisse Dialodan sonra “Sabah“da daha bir legioner ayrılığı yaşana bilər. Belə ki, Masazır təmsilçisinin əsas oyunçularından biri sayılan Nikola Vuyadinoviçə Serbiyadan təklif gəlib.

Ötən yay birillik müqavilə bağlayan monteneqrolu legioner Serbiyaya getmək niyyətindədir. Komandanın son məşqlərində iştirak etməyən müdafiəçi koronavirus pandemiyasını və şəxsi məsələləri önə çəkərək, Serbiyaya qayıtmaq istəyib.

Xəbər 397 dəfə oxundu.