İdman jurnalistləri “Media sektoru”nda!
Fevralın 2-dən etibarən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə layihəsi “Media sektoru” radio verilişinə start veriləcək.

Hər həftə iki idman jurnalistinin qonaq olacağı verilişdə əsasən, idman mediasının problemləri, uğurları, bu sahədəki yeniliklər və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, hər bir verilişin videoyazısı isə ADBTİA-nın Youtube kanalında yerləşdiriləcək.

Xəbər 461 dəfə oxundu.