Millimizin qapıçısı Emil Balayev karyerasını Türkiyədə davam etdirə bilər
Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı Emil Balayev mövsümün sonunda komandanı tərk edəcək.

Artıq qapıçıya maraq göstərən komanda da var. Türkiyənin “Adana Dəmirspor” klubu millimizin qolkiperini heyətində görmək istəyir.

Mövsümün sonunda qardaş ölkənin birinci divizion təmsilçisi E.Balayevlə danışıqlara başlamaq niyyətindədir.

Xəbər 395 dəfə oxundu.