“Səbail” klubu şimali makedoniyalı futbolçu ilə anlaşıb
Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

Klub Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviklə anlaşıb.

Paytaxt təmsilçisinin 31 yaşlı oyunçu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, M.Petrovik son olaraq ölkəsində “Vardar”da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib.

Xəbər 400 dəfə oxundu.